Telefona şifahi imla deyin, proqram nitqinizi mətnə çevirərək kompüterə yazacaq.

Latest Version

Version
Update
May 28, 2016
Developer
Category
Google Play ID
Installs
10,000+

App APKs

Dilmanc İmla APP

Klaviaturada yazmağa son! Telefonunuza şifahi imla deyin, Dilmanc İmla proqramı nitqinizi mətnə çevirərək kompüterə yazacaq. Dilmanc İmla telefonunuzu kompüterin mikrofonu kimi istifadə etmək imkanı yaradır. Kompüter və telefon arasında əlaqə yaradıldıqdan sonra, telefona deyilən şifahi nitq avtomatik mətnə çevrilərək kompüterdəki mətn redaktoru pəncərəsinə yazılacaq, beləliklə vaxtınıza dəfələrlə qənaət etmiş olacaqsınız.
Bu proqram Windows-la işləyən kompüterə yazılmış proqramla birgə istifadə edilir. Windows üçün proqramı http://dilmanc.az/dilmanc-imla ünvanından yükləyərək quraşdırın. Proqramı işə saldıqda sizə kod göstəriləcək. Kodu smartfondakı proqrama daxil edərək OK basın. Birləşmə baş tutduqdan sonra imla rejimi aktivləşir. Ekrana toxunaraq danışın, nitqiniz yazıya çevrilərək kompüterə yazılacaq. Kursoru Microsoft Word və ya digər mətn redaktorunun ekranına qoymağı unutmayın
Read more

Advertisement